Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimə keçir

2 dəq
Paylaş:
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimə keçir

" Metropoliteni" QSC mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası () günlərində iş rejimində fəaliyyət göstərəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, tədbir günlərində sərnişin axınının təhlükəsiz və fasiləsiz olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.

Mayın 17-də qatarlar şənbə qrafiki ilə hərəkət edəcək:

"28 May–Əhmədli" və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə olacaq.

Sessiyanın digər günlərində isə metro ən sıx iş günü rejimində fəaliyyət göstərəcək:

"28 May–Əhmədli" sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.

Bənövşəyi xətdə, həmçinin "Əhmədli–Həzi Aslanov" və "Cəfər Cabbarlı–Xətai" məkik hərəkət mənzillərində qrafik olduğu kimi qalacaq.

Sərnişin sıxlığının operativ tənzimlənməsi üçün ehtiyat qatarlar da hazır saxlanılacaq.

WUF13 günlərində, həmçinin Bakı metropoliteninin 9 stansiyasında 56 könüllü sərnişinlərə və tədbir iştirakçılarına dəstək olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax