Aprel ayı üzrə pensiyaların ödəniş tarixi məlum olub.
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların aprelin 14-də ödənilməsi nəzərdə tutulub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Dövlət Sosial Müdafiə Fondu yayıb.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da əvvəlcədən müəyyən edilmiş qrafik üzrə ödəniləcək.