Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxs 15 il həbs edilib

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxs 15 il həbs edilib
13.10.2023 16:19
Aa
dəq

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Məhərrəmova hökm oxunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, E.Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı küt alətlə baş nahiyyəsinə xəsarət yetirərək 1975-ci il təvəllüdlü Kifayət İsayevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə E.Məhərrəmovun olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birli

Həftənin ən çox oxunanları