Operativ Məlumat Mərkəzi

Bakıda fərdi yaşayış evində yanğın olub

1 dəq
Paylaş:
Bakıda fərdi yaşayış evində yanğın olub
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən...

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər