Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunda yeni piyada keçidi inşa olunub

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunda yeni piyada keçidi inşa olunub
22.01.2025 14:37
Aa
dəq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunda yeni piyada keçidi inşa edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

Yeni yerüstü piyada keçidi yolun 262,5-ci km-də tikilib.

Metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3,2 metr, yol səviyyəsindən hündürlüyü isə 5,5 metr təşkil edir.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri aparılıb, yolun hər iki tərəfində avtobus dayanacağı quraşdırılıb.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Həftənin ən çox oxunanları