Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dək artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dək artıb
13.02.2023 12:31
Aa
dəq

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,3 milyard manatlıq, o cümlədən 2,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

"Operativ Məlumat Mərkəzi- OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.

2023-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 %-i ərzaq məhsullarının, 5,3 %-i içkilər və tütün məmulatlarının, 14 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 4,8 %-i avtomobil benzini və dizel yanacağının, 4,5 %-i elektrik malları və mebellərin, 2,8 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2023-cü ilin yanvar ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 2,7 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 %ini təşkil edib.

2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,4 %, fərdi sahibkarlar üzrə 3,9 %, bazar və yarmarkalarda 2,5 % artıb.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 424,3 manatlıq, o cümlədən 236,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 187,4 manatlıq qeyri-ərzaq malları alıb.

Həftənin ən çox oxunanları

MDM və BDU arasında Anlaşma Memorandumu imzalanıb

MDM və BDU arasında Anlaşma Memorandumu imzalanıb
DAVAMIN OXU davamın oxu

Naxçıvanda vergi ödəyicilərinin sayı 11 %-dən çox artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 11 %-dən çox artıb
DAVAMIN OXU davamın oxu

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb
DAVAMIN OXU davamın oxu