Azərbaycanda illik inflyasiya 11 %-dən aşağı düşüb

Azərbaycanda illik inflyasiya 11 %-dən aşağı düşüb
11.10.2023 14:59
Aa
dəq

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 112,4 %, qeyri-ərzaq məhsulları üzrə 110,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,6 % təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sentyabrda isə istehlak qiymətləri indeksi avqustla müqayisədə 100,3 %, ötən ilin eyni dövrünə nisbətən 105,1 % təşkil edib.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,6 %, ötən ilin eyni dövrünə nisbətən 104,5 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım mal və qoyun ətinin, təzə balığın, yumurtanın, bananın, gavalının, şaftalının, pomidorun, xiyarın, göy lobyanın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, tütün məmulatlarının, azalma isə əsasən qarabaşaq yarmasının, unun, makaron məmulatlarının, toyuq ətinin, yoqurtun, kərə və bitki yağlarının, almanın, kələmin, balqabağın, soğanın, şəkər tozunun, konfetlərin, çayın, limonadın, arağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə avqustla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən 105,9 % olub. Qeyri-ərzaq məhsullarından artım əsasən sementin, kəsilmiş taxtaların, azalma isə sintetik yuyuсu vasitələrin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 100 %, ötən ilin eyni dövrünə nisbətən 105,4 % təşkil edib.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu