Əsas məzmuna keç

Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “” sərhəd dəstəsi İrandan Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək İran vətəndaşını saxlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 14-də saat 15:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirərkən 15 kiloqram 600 qram marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə -istintaq tədbiri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…