Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə bu ölkənin Energetika Nazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştayner ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.
"Avropa İttifaqı Şurasında yaxınlaşan Macarıstan sədrliyi və Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda bərpa olunan enerji mənbələri daxil olmaqla enerji əməkdaşlığı, eləcə də inkişaf edən Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin digər sahələrini müzakirə etmək üçün dövlət katibi Attila Ştaynerlə görüşmək çox xoş oldu",- diplomat bildirib.