Operativ Məlumat Mərkəzi

Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək

2 dəq
Paylaş:
Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək
bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin hökumətlərlə əlaqələr üzrə...

Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin hökumətlərlə əlaqələr üzrə rəhbəri Aytuğ Göksunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.

Məlumata görə, bu istiqamətində görülən işlər vurğulanıb, Dünya İqtisadi Forumu ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında rəqəmsal iqtisadiyyat, süni intellekt və digər sahələr üzrə layihələrin mövcud icra vəziyyəti və görüləcək işlər müzakirə olunub.

Tərəflər Bakıda keçirilən InMerge İnnovasiya Sammitinin və birbaşa rəqəmsal xarici investisiyalarla bağlı vörkşopun iqtisadiyyatda innovasiyaların tətbiqinin stimullaşdırılmasında əhəmiyyətini qeyd ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər