Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan nümayəndə heyəti Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib

2 dəq
Paylaş:
Azərbaycan nümayəndə heyəti Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib

Prezidentinin Administrasiyasının və Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MEDİA-dan məlumat verilib.

Ziyarət zamanı Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Deniz Demir tərəfindən Mərkəzin istiqamətləri, institusional strukturu, habelə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən layihələr və tətbiq olunan yanaşmalar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, mərkəz müasir informasiya mühitində saxta və manipulyativ məzmunların operativ şəkildə aşkarlanması, təhlili və qarşısının alınması istiqamətində sistemli fəaliyyət həyata keçirir.

Daha sonra keçirilən ikitərəfli görüşdə tərəflər dezinformasiya ilə mübarizə sahəsində mövcud , bu istiqamətdə təcrübə və effektiv mexanizmlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal mediada etibarlı məlumat mühitinin formalaşdırılması, habelə analitik təhlil imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax