Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan taxıl əkinləri üçün subsidiyaları dəyişdi

2 dəq
Paylaş:
Azərbaycan taxıl əkinləri üçün subsidiyaları dəyişdi

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda əkinləri üzrə subsidiya məbləğləri suvarma və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Belə ki, ölkə Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən 22 ixtisaslaşmış rayonda müasir suvarma altında əkininə suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, 400 AZN/ha subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə əkin subsidiyası 200 AZN/ha olaraq müəyyən edilib.

Bundan əlavə müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb.

Beləliklə, xüsusilə suya qənaət edən müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün dövlət dəstəyinin məbləği artırılır.

Həmçiin dağlıq rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında aparılan kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektarda 600 manata, digərlər sahələr üçün isə 400 manata çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə