Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % artıb.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, yanvar-iyun aylarının yekununda da ölkədə orta illik inflyasiya 5,7 % olub.