Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pensiya tutulma müddəti 1 ilə endirilir

2 dəq
Paylaş:
Pensiya tutulma müddəti 1 ilə endirilir

Azərbaycanda artıq pensiyaların geri tutulma müddətinin 1 ilə endirilməsi olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mühüm təşəbbüs İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.

Sözügedən sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İclasda qeyd edilib ki, pensiyasının və ona edilən əlavənin artıq ödənilməsi çox vaxt pensiyaçının səhvindən deyil, müvafiq qurumun fəaliyyətindəki funksional nöqsanlardan qaynaqlanır. Bildirilib ki, sonrakı tutulmalar əmək pensiyaçısının sosial vəziyyətini ciddi şəkildə ağırlaşdırır.

Bu amilləri nəzərə alaraq, artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün "Əmək pensiyaları haqqında" Qanunun 39-1-ci maddəsində nəzərdə tutulmuş müddətin azaldılması irəli sürülüb.

Hazırkı qanunvericiliyə əsasən, bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur. Yeni təklif qəbul edilərsə, bu müddət 1 ilə endiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax