Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

2 dəq
Paylaş:
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

-damar sistemi xəstəliklərindən çəkənlər, şəkərli diabeti, nevroloji xəstəlikləri və digər xroniki sağlamlıq problemləri olan şəxslər günəş şüalarının təsirinə qarşı daha həssasdırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir deyib.

“Müxtəlif hallarda günvurma nəticəsində bədən hərarəti 40°C və daha yuxarı qalxa bilər. Dəri isti, quru və qızarmış olur, nəbz sürətlənir, tənəffüs tezləşir. Daha ağır hallarda diqqət pozğunluğu, davranış dəyişiklikləri, nitqdə çətinlik, huşun bulanması, qıcolmalar və hətta huşun itirilməsi müşahidə oluna bilər. Bu əlamətlər təcili tibbi yardım tələb edən ciddi vəziyyətin göstəricisidir”, – bildirib.

Zakir Quliyev qeyd edib ki, xüsusilə günəş şüalarının daha intensiv olduğu saat 11:00-dan 17:00-dək havada uzun müddət qalmaq tövsiyə edilmir: “Zərurət olmadıqda çölə çıxmamaq, açıq havaya isə əsasən səhər saat 11:00-dək və axşam 17:00-dan sonra üstünlük vermək məsləhətdir”.

Ekspert vurğulayıb ki, isti havalarda kifayət qədər maye qəbulu günvurmadan qorunmağın əsas şərtlərindən biridir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax