Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FHN küləkli hava ilə bağlı əhaliyə müraciət etdi

2 dəq
Paylaş:
FHN küləkli hava ilə bağlı əhaliyə müraciət etdi

Aprelin 10-dək bəzi ərazilərdə , şimşək və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi () əhaliyə müraciət edərək müvafiq qaydalarını bir daha xatırladıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”FHN-dən məlumat verilib.

Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - müraciətdə vurğulanıb.

Həmçinin əlavə olunub ki, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

"Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

  • Elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq;
  • Açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq;
  • Hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək;
  • Avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax