Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

2 dəq
Paylaş:
MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

2025–2026-cı tədris ilindən etibarən ümumi müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə olaraq formatda təqdim olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 2026-cı il məzunları attestatlarını myGov platformasından əldə edə .

Bildirilib ki, yeni çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq “myGov” platformasında əlçatandır.

"Məzunlar sənədlərini myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər. Elektron attestatın üzərindəki QR kod oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür",- MÜTDA-dan bildirilib.

Qeyd edilib ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də olması təmin ediləcək:

"Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax