Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İncəsənət məktəbləri üçün 3 yeni tədris proqramı təsdiqləndi

2 dəq
Paylaş:
İncəsənət məktəbləri üçün 3 yeni tədris proqramı təsdiqləndi

Xor dirijorluğu, ixtisasları və elementar nəzəriyyəsi fənni üzrə proqramları yenilənib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) məlumat yayıb.

Proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla tədrisin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.

Bu mərhələdə xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni ilə bağlı proqramlar yenidən hazırlanıb.

Yenilənmiş proqramlar məktəb və mərkəzlərində müvafiq sahələr üzrə tədris prosesinin səmərəliliyinin artırılmasına, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon, xor, vokal və balaban sinifləri üçün tədris proqramları hazırlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İncəsənət

Hamısına bax

Xəbəri sonuncu öyrənməyin

Aktual — pulsuz xəbər bildirişi

Yüklə