Azərbaycan və İsveçrənin iqtisadi sahədə əməkdaşlığı barədə də müzakirələr aparılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, bu kontekstdə iki ölkə arasında 25 sənəd mövcuddur, bir sıra sənədlər isə hazırda işlənilir, yaxın zamanlarda əlavə razılaşmaların şahidi olacağıq:
"Son 30 ildə İsveçrədən Azərbaycana 1.6 milyard, Azərbaycandan İsveçrəyə isə 2.3 milyard dollarlıq investisiya yatırılıb".
C.Bayramov əlavə edib ki, bu ilin payız aylarında iki ölkə arasındakı iqtisadi komissiyanın növbəti iclası keçirilicək.