Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və İran Araz çayı ilə bağlı razılığa gəldi

2 dəq
Paylaş:
Azərbaycan və İran Araz çayı ilə bağlı razılığa gəldi

ilə İran çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimlərini hazırlayaraq təsdiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Bu barədə razılıq iyunun 8–11-də Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Komissiyanın 55-ci iclasında əldə olunub.

İranda keçirilən iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ADSEA tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, bu ölkənin Energetika Nazirliyinin Çayları üzrə Baş İdarəsinin rəisi Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.

Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Azərenerji" ASC-nin nümayəndələri iştirak ediblər.

Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı məsələləri müzakirə edilib.

Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax