"Azərbaycan Hava Yolları" QSC (AZAL) martın 9-dan Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə səhmdar cəmiyyətindən bildirilib.
AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:
Qeyd edilib ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.
"AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar", - AZAL-dan bildirilib.
Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunub.