Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bütün avtovağzallar bayramda xüsusi rejimdə fəaliyyət göstərəcək

3 dəq
Paylaş:
Bütün avtovağzallar bayramda xüsusi rejimdə fəaliyyət göstərəcək

Bayram günlərində avtovağzalların iş rejimi necə olacaq?

Novruz və Ramazan bayramları ərəfəsində sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ölkə üzrə bütün avtovağzal və avtostansiyalar 19-30 mart tarixlərində gücləndirilmiş iş rejimində göstərəcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi (AYNA) istinadən xəbər verir.

Sərnişin sıxlığının qarşısı necə alınacaq?

Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşıma şirkətlərinə fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi üçün müvafiq tapşırıqlar verib. Əsas hədəf kassalardan tariflərə uyğun biletlərin qanuni satışını təşkil etmək və bayram günlərində yarana biləcək sıxlığın qarşısını almaqdır.

Bununla yanaşı, avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət etməsi xüsusi nəzarətdə saxlanılacaq.

Bakı Avtovağzal Kompleksində (BBAK) sərnişin axınına uyğun olaraq xətlərə buraxılan avtobusların intervalına və sürücülərin qaydalarına əməl etmələrinə diqqət yetiriləcək. Sıxlığı tənzimləmək üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Avtobus biletlərini onlayn və sürətli necə əldə etmək olar?

Vətəndaşlar səyahət biletlərini https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların rəsmi kassalarından əldə edə bilərlər.

Biletim.az portalının statistikası və üstünlükləri

Hazırda portal vasitəsilə 58 məntəqə91 istiqamət üzrə bilet almaq mümkündür. Rəqəmsal sistemə ümumilikdə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub.

Onlayn portal vaxta qənaət, müştəri məmnuniyyətinin artırılması və ölkədə nağdsız ödəniş dövriyyəsinin genişləndirilməsi baxımından mühüm üstünlüklərə malikdir.

Vətəndaşlara daha rahat və təhlükəsiz mənzil başına çatmaq üçün biletləri əvvəlcədən biletim.az portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax