Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da İsveç və 19-da Belçika komandalarına qarşı keçirəcəyi oyunların stadionu və başlama vaxtı müəyyənləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsveçlə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
İtaliyalı mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi təmsilçimiz Belçika yığması ilə “King Baudouin Stadium”da münasibətləri aydınlaşdıracaq.