Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Atletiko" "Barselona"nın səs-küylü transfer planını pozmağa çalışacaq

2 dəq
Paylaş:
"Atletiko" "Barselona"nın səs-küylü transfer planını pozmağa çalışacaq

İspaniyanın "" argentinalı hücumçu Alvaresi heyətinə qatmaq istiqamətində fəaliyyətini davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, belə səs-küylü transferin maliyyələşdirilməsindəki çətinliklərə baxmayaraq, gənc ulduzun alınması Kataloniya təmsilçisinin gələn yay üçün əsas hədəflərindən biri olaraq qalır.

Tanınmış idman jurnalisti Ben Ceykobsun sosial şəbəkələrdə yaydığı məlumata görə, "Barselona"nın idman direktoru Deku bir müddət əvvəl Alvaresin nümayəndələri ilə bir neçə dəfə görüşüb.

Lakin hələlik bu istiqamətdə hər hansı ciddi irəliləyiş qeydə alınmayıb.

Mənbə bildirir ki, Madridin "" klubu öz oyunçusunu qoruyub saxlamaq üçün əlindən gələni edəcək. Paytaxt təmsilçisi hesab edir ki, argentinalı futbolçunun dəyəri 2019-cu ildə Antuan Qrizmanın "Barselona"ya satıldığı 120 milyon avrodan daha yüksəkdir.

Əlavə olaraq qeyd edək ki, Xulian Alvareslə İngiltərənin "Arsenal" klubu başda olmaqla digər Avropa nəhəngləri də yaxından maraqlanır. Eyni zamanda, baş məşqçi Hans-Diter Flikin futbolçuya şəxsən zəng edərək onu komandaya dəvət etdiyi vurğulanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax