Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov ŞKTC Baş naziri ilə görüşüb

2 dəq
Paylaş:
Əli Əsədov ŞKTC Baş naziri ilə görüşüb

Respublikasının aprelin 1-də Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə görüşüb.

Nazirlər Kabinetinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında bir sıra sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, parlamentlərarası və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib.

Humanitar sahədə, xüsusilə mədəniyyət və turizm istiqamətlərində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Təşkilatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətinə verdiyi töhfələr qeyd edilib.

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün əhəmiyyətinə toxunulub.

Tədbirin TDT çərçivəsində hökumətlərarası koordinasiyanın gücləndirilməsi və dövlət başçıları tərəfindən müəyyən edilmiş prioritet sahələr üzrə ortaq gündəliyin daha səmərəli şəkildə irəli aparılması baxımından önəmi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax