Operativ Məlumat Mərkəzi

Ağcabədidə hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Ağcabədidə hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsinə fevral ayında rayondakı hazırlıq kursunun yerləşdiyi binadan oğurluq edilməsi barədə məlumat daxil olub. Daxili İşlər...

Ağcabədi Rayon Polis Şöbəsinə fevral ayında rayondakı hazırlıq kursunun yerləşdiyi binadan oğurluq edilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" -ə bildirilib ki, məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar olunub.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Nihad Hüseynov saxlanılıb. N.Hüseynov oradan notbuklar və proyektor oğurlamaqla 3 500 manat dəyərində ziyan vurub. Oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər