Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AFFA hansı 3 klubu kənarlaşdırdı? - Səbəbi açıqlandı

1 dəq
Paylaş:
AFFA hansı 3 klubu kənarlaşdırdı? - Səbəbi açıqlandı

AFFA təyin edilən qaydaları pozan 3 yarışlardan kənarlaşdırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə qərar qurumun İntizam Komitəsinin iclasında qəbul olunub.

AFFA U-12 Liqasında "Pambıqçı", U-11 Liqasında isə ""la "" klubları təyin edilən vaxtda meydanda olmadıqları üçün 0:3 hesablı məğlubiyyətlə cəzalandırılıblar. Bu hal üçüncü dəfə təkrarlandığı üçün hər üç klub yarışlardan kənarlaşdırılıb.

Bundan əlavə, U-14 Liqasında keçirilməli olan "İnter" - "Qaradağ Lökbatan" oyunu "İnter" tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmayıb. Nəticədə Bakı təmsilçisinə 0:3 hesablı texniki verilib.

AFFA Region Liqasında isə "Beyləqan" komandası "Şəfəq"lə oyuna çıxmadığına görə görüş baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax