Operativ Məlumat Mərkəzi

ADY: Sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb

1 dəq
Paylaş:
ADY: Sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb
bunu "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bəyan edib. "Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması...

Əlverişsiz hava şəraitinə baxmayaraq, həm Abşeron dairəvi dəmir yolu marşrutu, həm də ölkədaxili istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bəyan edib.

"Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə ADY-nin aidiyyəti struktur bölmələri gücləndirilmiş iş rejimində çalışır", - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər