Operativ Məlumat Mərkəzi

Bakıda vətəndaşların bank hesabından külli miqdarda oğurluq edən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda vətəndaşların bank hesabından külli miqdarda  oğurluq edən şəxs saxlanılıb

Bakıda iki vətəndaşın bank kartından 20 min manata yaxın pul oğurlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, martın 28-də və 30-da bir vətəndaşın 9 845 manatının, digər vətəndaşın isə 9 900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər