Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi özünün Teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 200 kilometr aralıda, 46,5 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl Tuvada zəlzələ baş verdiyi barədə məlumatlar yayılmışdı.