Şimali Koreya çərşənbə axşamı Sarı dəniz istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Məlumata görə, raketlər Şimali Pxenyan əyalətinin Çonqju şəhəri ərazisindən atılıb.
Cənubi Koreya ordusunun təsnifatına əsasən, sözügedən raketlərin uçuş məsafəsi 300 kilometri keçmir.
Qeyd edək ki, aprelin 19-da da Şimali Koreyanın Sinpo şəhəri ərazisindən Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raketin buraxıldığı aşkarlanmışdı.
Rəsmi Seul bölgədə vəziyyəti diqqətlə izlədiyini və hərbi hazırlıq səviyyəsinin gücləndirildiyini bildirib.