Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rəsmi Bakı Çinə başsağlığı verib

2 dəq
Paylaş:
Rəsmi Bakı Çinə başsağlığı verib

Xarici İşlər Nazirliyi (XİN) başsağlığı verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Çinin Şansi əyalətindəki kömür mədənində baş verən və sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb olan faciəvi partlayışdan dərindən kədərlənirik.

Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı verir, yaralananların hamısına tezliklə və tam sağalma arzulayırıq.

Xilasetmə və bərpa işlərində səlahiyyətli orqanlarla və fövqəladə hallara müdaxilə qüvvələri ilə həmrəyliyimizi ifadə edir və bu faciədən zərər çəkən bütün insanların kədərini paylaşırıq", - XİN-dən qeyd olunub.

Qeyd edək ki, Çinin şimalında Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax