Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hörmüz boğazının bağlanması ticarət kanalları üzərində təzyiqi sürətlə artırır

3 dəq
Paylaş:
Hörmüz boğazının bağlanması ticarət kanalları üzərində təzyiqi sürətlə artırır

ABŞ və İsrailin İrana yönəlmiş hücumlarından sonra Hörmüz boğazındakı gəmi trafikinin pozulması dünya üzrə yeni tədbirlərə və qənaət addımlarına səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Hörmüz boğazının faktiki bağlanması qlobal iqtisadiyyatda , ticarət və maliyyə kanalları üzərində sürətlə artırır.

Bu çərçivədə hökumətlər enerji istehlakını azaltmaq məqsədilə evdən işləməyə icazə verilməsi, avtomobil istifadəsinə məhdudiyyətlərin tətbiqi kimi tədbirləri əhatə edən yeni iqtisadi paketlər hazırlayıblar.

Enerji Agentliyi (BEA) Yaxın Şərqdə artan gərginliyin qlobal neft tədarükündə tarixdə ən böyük fasiləyə səbəb olduğu barədə xəbərdarlıq edərək, neft istehlakını sürətlə azaltmağa yönəlmiş radikal fəaliyyət planına çağırış edib.

BEA bildirib ki, Yaxın Şərqdəki hərbi münaqişələr görünməmiş qlobal enerji böhranına səbəb olur. Agentlik yanacaq sərfiyyatını azaltmaq üçün uzaqdan iş modelinə keçilməsini, magistral yollarda sürət limitlərinin isə ən azı 10 kilometr azaldılmasını tövsiyə edib.

Vyetnamın Sənaye və Ticarət Nazirliyi Yaxın Şərqdəki gərginliyin yanacaq təchizatına yaratdığı təzyiq səbəbindən vətəndaşlara evdən işləməyi və ictimai nəqliyyatdan istifadə etməyi, iş yerlərinə isə uzaqdan iş rejiminə keçməyi tövsiyə edib.

Nepal dövlət idarələrində və təhsil müəssisələrində həftəlik istirahət günlərinin şənbə və bazar olmaqla iki günə çatdırıldığını açıqlayıb.

neft istehlakı baxımından ilk 50 şirkətdən enerji qənaəti planları hazırlamalarını istəyəcəyini və müəyyən edilən hədəflərə çatan şirkətlərə təşviqlər veriləcəyini bildirib.

Cənubi Koreya Parlamenti Yaxın Şərqdəki gərginliyin iqtisadi təsirlərini azaltmaq məqsədilə 26,2 trilyon von (17,7 milyard dollar) həcmində əlavə büdcə layihəsini təsdiqləyib.

Tayland qənaət məqsədilə dövlət qurumlarında çalışan əməkdaşların evdən işləməsi barədə göstəriş verib. Taylandın Anutin Charnvirakul özəl sektoru da evdən iş modelini tətbiq etməyə çağırıb.

Malayziya isə Yaxın Şərqdəki gərginliyin yaratdığı qlobal enerji böhranından sonra qənaət məqsədilə dövlət qurumlarında çalışanların uzaqdan iş rejiminə keçəcəyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax