Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistana 490 ton buğda Azərbaycan tranzit marşrutu ilə daşınıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Ermənistana 490 ton buğda Azərbaycan tranzit marşrutu ilə daşınıb - YENİLƏNİB

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana daşıyan qatar Biləcəri dəmir yolu stansiyasından yola düşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 mənşəli buğda Ermənistana yola salınıb.

***

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax