Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər. Görüşdə iki ölkə arasında siyasi dialoqun və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb.
Tərəflər həmçinin iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar sahələr və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə mövzusu olub.