Operativ Məlumat Mərkəzi

"Bavariya" Martinelli ilə maraqlanır

1 dəq
Paylaş:
"Bavariya" Martinelli ilə maraqlanır
Münxen klubu 24 yaşlı futbolçu üçün 58,5 milyon avro ödəməyə hazırdır. Klubun baş məşqçisi Vinsent Kompani futbolçunun Leroy Saneni əvəz edə biləcəyinə...

"Bavariya" "Arsenal" klubunun braziliyalı hücumçusu Qabriel Martinellini almaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Münxen klubu 24 yaşlı futbolçu üçün 58,5 milyon avro ödəməyə hazırdır.

Klubun baş məşqçisi Vinsent Kompani futbolçunun Leroy Saneni əvəz edə biləcəyinə inanır.

Ötən mövsüm Martinelli "topçular"ın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər