Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təhvilvermə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində baş tutub.
WUF13-ün bağlanış mərasimində Mexiko şəhərinin videotəqdimatı keçirilib.
Beləliklə WUF14 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.