Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Asim Munir Tehranda Pezeşkianla görüşdü

2 dəq
Paylaş:
Asim Munir Tehranda Pezeşkianla görüşdü

Pakistan ordusunun komandanı, Asim Munir Tehrana rəsmi səfəri çərçivəsində İran Prezidenti Məsud , sədri Məhəmməd Baqer Qalibaf və naziri Seyid Abbas Əraqçi ilə görüşlər keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Fars”a istinadla xəbər verir ki, baş tutan danışıqlarda əsas məqsəd İranla ABŞ arasında kompromisin tapılması istiqamətində Pakistanın vasitəçilik missiyasını irəliyə aparmaq olub.

Feldmarşal Asim Munir əvvəlcə Məsud Pezeşkian, daha sonra isə İranın ABŞ ilə danışıqlar üzrə rəhbəri olan parlament sədri Məhəmməd Baqer Qalibafla masaya əyləşərək sülh prosesinin detallarını müzakirə edib.

Qeyd olunub ki, ordu komandanının İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirdiyi görüşdə isə regionda gərginliyin artmasının qarşısını almaq, İrana qarşı müharibə təhlükəsinə son qoymaq, eləcə də Qərbi Asiyada sülh, sabitlik və təhlükəsizliyin yenidən bərqərar edilməsi yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax