Gürcüstanda Rusiyayla birbaşa uçuşların bərpa olunmasına qarşı keçirilən etiraz aksiyaları davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tiflisdə növbəti dəfə parlament binası qarşısına toplaşan etirazçılar birbaşa uçuşların həyata keçirilməsinə dair icazənin ləğvini tələb ediblər.
Fəallar aviareyslərin bərpa olunmasını Gürcüstanın Avropa İttifaqına qoşulmaq arzusuna qarşı Rusiya tərəfindən törədilmiş təxribat adlandırıblar. Gürcüstan hökuməti öz növbəsində aviareyslərin bərpa olunmasını alqışladıqlarını bildirib. Avropa İttifaqı isə hadisələrin son inkişafına görə təəssüfünü ifadə edib.
Rusiya rəhbərliyi 2019-cu ildə Tiflisdə anti-Rusiya etirazları başladığı üçün bu ölkəyə birbaşa uçuşları dayandırmışdı.
Qeyd edək ki, Gürcüstan bu ilin sonunda Brüsselin onun ittifaqa namizədliyini təsdiqləyəcəyinə ümid edir.
Gürcüstanda etirazlar davam edir - 20.05.2023
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Region xəbərləri
Region xəbərləri
Avrasiya İnkişaf Bankı “Zəngəzur Mis-Molibden Kombinatı”na 120 milyon dollar kredit ayırıb
Region xəbərləri
“Əli Xameneinin qisasını alacağıq”
Region xəbərləri
İran Ali Rəhbərinin dəfn mərasimi ilə bağlı Tehranda uçuşlar dayandırılır
Region xəbərləri