Çinin xarici işlər naziri Vanq Yi mayın 26-da BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına sədrlik etmək məqsədilə Nyu-Yorka yola düşəcək. Bu barədə məlumatı mayın 22-də Çin Xarici İşlər Nazirliyi təsdiqləyib.
Nazirliyin yaydığı açıqlamaya əsasən, səfər proqramı çərçivəsində aşağıdakı tədbirlər nəzərdə tutulub:
- Mayın 28-də Nyu-Yorkda Qlobal İdarəetmə Dostları Qrupunun iclasında iştirak.
- BMT-nin Baş katibi və bir sıra ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər.
Bundan əlavə, Vanq Yi Kanada xarici işlər naziri Anita Anandın dəvəti ilə 28-30 may tarixlərində Kanadaya rəsmi səfər edəcək.