Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mark Rutte ABŞ-ın Polşaya 5000 əsgər göndərmək qərarını müsbət qiymətləndirib

2 dəq
Paylaş:
Mark Rutte ABŞ-ın Polşaya 5000 əsgər göndərmək qərarını müsbət qiymətləndirib

NATO-nun Mark ABŞ Prezidenti Donald Trampın Polşaya əlavə 5000 hərbçi yerləşdirilməsi ilə bağlı qərarına dəstək ifadə edib. Bu barədə məlumatı Reuters agentliyi yayıb.

İsveçdə keçirilən NATO-ya üzv dövlətlərin nazirlərinin toplantısında çıxış edən Rutte bildirib ki, alyansın komandanlığı qərarın icrası ilə bağlı texniki detalları nəzərdən keçirir. Baş katib vurğulayıb ki, ABŞ-ın bu addımı NATO üçün böyük əhəmiyyət kəsb edir.

Rutte qeyd edib ki, bu təşəbbüsün əsas məqsədi Avropanın müdafiə potensialını artırmaq və ABŞ-dan asılılığı mərhələli şəkildə azaltmaqdır:

  • Avropanın və NATO-nun daha güclü olması əsas hədəfdir.
  • ABŞ-dan asılılığın azalması Vaşinqtona digər qlobal prioritetlərə daha çox diqqət ayırmaq imkanı verəcək.

Xatırladaq ki, Donald Tramp bir müddət öncə Polşa Prezidenti Karol Navrotski ilə əlaqələrinə istinad edərək, Polşaya 5000 nəfərlik əlavə kontingentin göndəriləcəyini elan etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax