Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampdan Türkiyəyə F-35 mesajı: “Qərar hələ verilməyib, müzakirələr davam edir”

2 dəq
Paylaş:
Trampdan Türkiyəyə F-35 mesajı: “Qərar hələ verilməyib, müzakirələr davam edir”

ABŞ Prezidenti Türkiyəyə F-35 qırıcılarının tədarükü məsələsi ilə bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, NATO sammitində iştirak etmək üçün Ankaraya gələn Tramp Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı F-35 proqramının hələ müzakirə mərhələsində olduğunu bildirib.

Məlumata görə, ABŞ lideri Türkiyəyə F-35 qırıcılarının verilməsi ilə bağlı yekun qərarın qəbul edilmədiyini, lakin bu imkanın nəzərdən keçirilə biləcəyini qeyd edib.

Tramp, həmçinin Türkiyəyə qarşı CAATSA — “Amerikanın Düşmənlərinə Yolu ilə Mübarizə Aktı” çərçivəsində tətbiq olunan məhdudiyyətlərlə bağlı danışıb. O bildirib ki, ABŞ dost ölkələrə qarşı sanksiyalar tətbiq etmək istəmir və bu məsələdə addımlar atıla bilər.

Ankaradakı görüş zamanı hərbi-texniki əməkdaşlıqla yanaşı, digər mühüm məsələlər də müzakirə olunub. Donald Tramp bildirib ki, tərəflər arasında gündəmdə olan əsas mövzular ticarət əlaqələrinin inkişafı, müdafiə sahəsində imkanları və İran ətrafında yaranmış vəziyyətdir.

Qeyd edək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün ABŞ tərəfindən F-35 proqramından çıxarılıb. Rəsmi Ankara uzun müddətdir ki, məhdudiyyətlərin aradan qaldırılması və proqrama yenidən qayıtmaq üçün danışıqlar aparır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax