Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri (XİN) 2026-2027-ci illər üçün məsləhətləşmələr planını imzalayıblar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunları üzrə bildirib.
S.Lavrov bildirib ki, XİN rəhbərləri səviyyəsində faydalı və etimada əsaslanan danışıqlar keçirilib:
"Münasibətlərimizin dostluq, mehriban qonşuluq, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə ruhunda ardıcıl inkişafını təsdiq etdik. Bakı və Moskva arasında ən yüksək səviyyədə müntəzəm dialoqu qeyd etdik".