Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

2 dəq
Paylaş:
İlham Əliyev İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətləri genişləndirməyin əhəmiyyətini qeyd edərək, siyasi sahə ilə yanaşı, investisiyalar və digər potensial istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlara toxundu.

Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyən səfir paytaxtımızın gözəlliyinin və burada tarixi ənənələrlə müasirliyin vəhdətinin onlarda zəngin təəssüratlar yaratdığını bildirdi, Azərbaycanın gözəl ölkə olduğunu vurğuladı.

Səfir Azərbaycanla arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını bir daha təbrik etdi.

Kler Brosnan hazırda İrlandiyanın Avropa İttifaqına sədrlik funksiyasını yerinə yetirdiyini deyərək, ölkəmizlə bu qurum arasında əlaqələrin inkişafını dəstəklədiyini bildirdi. O, həmçinin İrlandiyanın “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi.

Kler Brosnan -da iştirakını xatırlayaraq, Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi etdiyini, onun yüksək səviyyədə təşkil olunduğunu və COP29-da yaxşı nəticələrin əldə edildiyini vurğuladı.

Dövlətimizin başçısı da öz növbəsində COP29 çərçivəsində qlobal yaşıl gündəliklə bağlı Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin irəli sürüldüyü deyərək, ölkəmizdə bu istiqamətdə görülən işlərə toxundu.

Söhbət zamanı Azərbaycanla İrlandiya arasında təhsil, yüksək texnologiyalar sahələrində məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax