Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pelleqrini: Aİ Azərbaycanla tərəfdaş kimi danışmalıdır

2 dəq
Paylaş:
Pelleqrini: Aİ Azərbaycanla tərəfdaş kimi danışmalıdır

Slovakiya Avropa İttifaqı (Aİ) ilə arasında münasibətlərin möhkəmləndirilməsinə yardım göstərməyə hazırdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.

P.Pelleqrini vurğulayıb ki, Slovakiya Avropa İttifaqındakı həmkarlarına Azərbaycanı tənqid etmək və ona dərs keçmək əvəzinə - Bakını bir kimi görməyi tövsiyə edəcək:

"Slovakiya öz tərəfdaşlarına hörmət edir. Biz Avropa ölkələri arasında Azərbaycan üçün bir növ "vəkil" bilərik. Müsbət mənada. Harada dəstək lazımdırsa və ya Aİ-nin Azərbaycanla bağlı hər hansı qərarı olacaqsa, siz bizə arxalana bilərsiniz".

O qeyd edib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfərinə (iyulun əvvəlində - red.) şaddır. Onun fikrincə, bu, Brüssel üçün Azərbaycanla münasibətləri qurmaq zərurəti barədə bir siqnal ola bilər.

"İndi, məncə, Brüsseldəki rəsmilər başa düşürlər ki, onlar danışmalı, Azərbaycanın tərəfdaşı olmalıdırlar. Mən düşünürəm ki, bu, münasibətlərimizin gələcəyidir və Slovakiya bu prosesdə çox faydalı olacaq", - P.Pelleqrini əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax