İranın Qum şəhərində yerləşən tarixi "Cəmkəran" məscidində çoxsaylı qadınların iştirakı ilə mərasim keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qadınların məscid daxilində bir araya gələrək yüksək səslə "Allahu Əkbər" şüarları səsləndirdiyi əks olunub.
Bildirilir ki, mərasim İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneiyə ehtiram əlaməti olaraq təşkil edilib. Qadınların bu toplantı ilə dini və siyasi mövqelərini nümayiş etdirdiyi qeyd olunur.
Hadisə ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir sıra xarici media orqanlarının da diqqətini cəlb edib.