“ABŞ Prezidenti Donald Trampın Rusiyaya mümkün səfəri, o cümlədən Sankt-Peterburqdakı Ermitaj Muzeyini ziyarət etməsi ilə bağlı hələlik heç bir konkret razılıq əldə olunmayıb”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, hazırda bu məsələ üzrə konkret razılaşmalar mövcud deyil.
Bundan əvvəl Kremlin prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında demişdi ki, Tramp Putinlə son telefon danışığı zamanı Ermitaj Muzeyinə heyranlığını ifadə edib. Onun sözlərinə görə, Putin də ABŞ prezidentinin Rusiyaya səfər etmək üçün daimi dəvətə malik olduğunu xatırladıb.
Qeyd edək ki, Tramp 1987-ci ildə, Sankt-Peterburqa səfər edib.