Tehranın mərkəzi küçələrində kütləvi izdiham – Xameneinin mümkün vida mərasimi ilə bağlı iddialar yayılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın paytaxtı Tehranda bazar ertəsi günü böyük izdiham qeydə alınıb.
Məlumata görə, İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasiminin keçirildiyi iddia edilən tədbirə milyonlarla insanın qatıldığı bildirilir.
Bildirilir ki, şəhərin əsas küçə və meydanları matəm yürüşündə iştirak edən insanlarla dolub, vətəndaşlar son ehtiramlarını bildirmək üçün müxtəlif bölgələrdən Tehrana axın ediblər.
Qeyd olunur ki, təhlükəsizliyin təmin olunması məqsədilə şəhərdə xüsusi tədbirlər həyata keçirilib və bəzi yollar müvəqqəti bağlanıb.
Lakin İran rəsmiləri tərəfindən Xameneinin vəfatı və hər hansı rəsmi vida mərasimi ilə bağlı məlumat hələlik təsdiqlənməyib.