Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Narkoloji xəstələrin işə götürülməsi ilə bağlı yeni cərimələr müəyyənləşir

1 dəq
Paylaş:
Narkoloji xəstələrin işə götürülməsi ilə bağlı yeni cərimələr müəyyənləşir

Azərbaycanda narkoloji xəstəliyi olan şəxslərin sahələrdə cəlb edilməsinə görə cərimə tətbiqi nəzərdə tutulur. İnzibati Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, bu sahədə məsuliyyət müəyyən edilib.

Dəyişiklik layihəsinə görə, narkoloji xəstələrin çalışması üçün icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsi bağlayan və ya mövcud müqavilənin müddətini uzadan vəzifəli şəxsləri 3 000 manat məbləğində cərimə gözləyir.

Bundan əlavə, müvafiq sahələrdə işə qəbul zamanı tibbi yoxlama arayışı tələb olunur. Bu tələbə riayət etməyən və tibbi arayış olmadan işə qəbul həyata keçirən vəzifəli şəxslər üçün 1 000 manat cərimə tətbiq ediləcək.

Qeyd edək ki, sözügedən dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax