Parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə ölkənin bir sıra məhkəmələrində hakim vəzifələrinə təyinatlar və yerdəyişmələr məsələsi daxil edilib. Müzakirə olunacaq təkliflərə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi nəzərdə tutulur:
- Əliyeva Aytən Heydər qızı – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
- Hüseynov Telman Qulaməli oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
- Nuriyev Elnur Aləm oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
- İsmayılzadə Fərid Sabir oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi
- Abdullayev Elşən Uğur oğlu – Şirvan Kommersiya Məhkəməsinin hakimi
- Hüseynov Elməddin Mirpaşa oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
- Qafarova Rəna Nazim qızı – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi
Eyni zamanda, Vahid Nəriman oğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Nural Turab oğlu Əliyevin isə vəzifə dəyişikliyi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən kənarlaşdırılması planlaşdırılır. Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun isə Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunur.
Bundan başqa, Şəki və Şirvan apellyasiya məhkəmələri üzrə də kadr dəyişiklikləri planlaşdırılır:
- Şəki Apellyasiya Məhkəməsinə: Etibar Mustafa oğlu Mustafayev (Şəki İnzibati Məhkəməsi) və Anar Əlifağa oğlu Əsgərov (Ağsu Rayon Məhkəməsi).
- Şirvan Apellyasiya Məhkəməsinə: Fəxri Hümmət oğlu Hacızadə (Şəki İnzibati Məhkəməsi) və Nicat Rauf oğlu Ağabəyov (Lənkəran Rayon Məhkəməsi).